Topaz Premyer Liqasında 17-ci turun rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
 
Qapıçı: Saşa Stamenkoviç (Neftçi);
 
Müdafiəçilər: Yure Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulay (İnter), Mahir Şükürov (Neftçi);
 
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi), Vaqif Cavadov (İnter);
 
Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).
 
Topaz Premyer Liqasında 17-ci turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodu.
Shares: