Avropa Birliyi Komissiyası İspaniyanın 7 klubunu qanunsuz işlər gördüyü üçün istintaqa cəlb edib. Futbolinfo.az xəbər verir ki, bu klublar "Real" (Madrid), "Barselona", "Atletik", "Osasuna", "Valensiya", "Elçe" və "Herkules"di. 3 fərqli səbəbdən ittiham olunan klubların Avropa Birliyi qanunlarına tabe olmayaraq, dövlətdən gizli yolla yardım aldıqları iddia olunur.
Qeyd edək ki, rəsmi araşdırmalara dekabrın 17-18-i başlanılacaq.





