London "Arsenal"ının müdafiəçisi Bakari Sanya mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu ona gələcək təklifləri dəyərləndirəcəyini vurğulayıb:
"Daha öncə "Arsenal"dan futbolçular ayrıldıqda çox məyus olurdum. Hazırda onlar komandada qalsaydı, daha fərqli "Arsenal" görərdiniz. Bu komanda ilə kuboklar qazanmaq istəyirəm. Klubumu çox sevirəm, ancaq kuboklar əksikdi. 6 ay sonra "Arsenal"la müqaviləm bitəcək. Təbii ki, mənə gələcək təklifləri dəyərləndirəcəm. Amma "Arsenal"la da əlaqəmi kəsməyəcəm".





