Xorvatiya millisinin futbolçusu Yaosip Şimuniç 2014-ci ildə Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun FİFA tərəfindən 10 oyunluq cəzalandırılmasıdı.
 
35 yaşlı müdafiəçi DÇ-2014-ün pley-off mərhələsində İslandiya ilə matçdan sonra azarkeşlərə Hitler salamı verməsi onun başına bəla olub. Şimuniç məhz bu hərəkətinə görə 10 oyunluq cəza ilə yanaşı, 30 min İsveçrə frankı cərimə alıb.
Shares: