Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Futbolinfo.az xəbər verir ki, İK-nın iclasında müzakirə olunacaq əsas məsələ hazırda gündəmdə olan Berti Foqtsun millidə qalıb-qalmayacağıdı.
 
Futbol ictimaiyyətinin maraq dairəsində olan bu məsələ demək olar ki, öz həllini tapıb. Belə ki, artıq Foqtsun millidə qalacağı deyilir. Azərbaycan futbolunun yararsızının yenidən yığmada saxlanılmasının nə qədər düzgün qərar olduğunu deyə bilmərik. Amma bir məsələ var. Foqtsla əməkdaşlığı davam etdirmək istəyən İK üzvləri heç olmasa almanın qaşrısına şərt qoymalıdı. Özü də heç bir bəhanəsi olmayan şərtlər.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bir müddət əvvəl mətbuata verdiyi açıqlamada "Foqts heç olmasa Premyer Liqanın hər turunda bir oyun izləsin" demişdi. Musayevin bu sözlərinə haqq vermək olar. Elə Bertinin qarşısına qoyulan tələblərdən biri də bu olmalıdı. Yəni İK Foqtsdan Premyer Liqanın hər turunda heç olmasa, bir oyunun izlənilməsini tələb edə bilər.
 
İkinci bir məqam isə nəticədi. Qazaxlarla bacarmayan Foqtslu millinin qarşısına nəticə qazanmaq şərti qoyulmalıdı. Alman mütəxəssis açıqlamalarının birində millini AÇ-2016 üçün hazırladığını bəyan etmişdi. İK-da əyləşən başbilənlər 66 yaşlı Foqtsdan nəticə qazanmağı tələ etməlidi. Bu nəticə isə elə AÇ-2016-nın qrup mərhələsinə vəsiqənin qazanılması ola bilər.
 
Bundan başqa Foqtsa Azərbaycanda daha çox vaxt keçirmək tapşırılmalıdı. Məsələn, millinin təlim-məşq toplanışından 3 gün əvvəl yox, ən azı 10-15 gün qabaq Bakıda olması tapşırılmalıdı.
 
Bütün bunları İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatdırmağı özümüzə borc bildik. Yenə də bütün məsuliyyət İK-nın öhdəsinə düşür.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: