Super Liqada yaxşı günlər keçirməyən “Qalatasaray” qışda oyunçuların formasını qorumaq üçün güclü rəqiblərlə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Futbolinfo.az xəbər verir ki, bu məqsədlə artıq ilk razılıq da əldə olunub.
Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə rəqib olan "Qalatasaray" bu oyuna hazırlıq məqsədi ilə Hollandiyanın “Ayaks” klubu ilə matç keçirəcək. Qarşılaşma yanvarıın 10-u Türkiyədə baş tutacaq.





