Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan klubların ümumi dəyəri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 16 klubun ümumi təyəri təxminən 5 milyard 230 milyon avrodu.
 
1/8 finala çıxan ən dəyərli klub Madrid "Real"ıdı. Heyətində Kriştianu Ronaldo və Qaret Beyl kimi ulduzlar olan Madrid klubunun 583 milyon 500 min avro dəyəri var. "Kral Klubu"nu əzəli rəqibi "Barselona" izləyir – 582 milyon 300 min avro.
 
Türkiyənin "Qalatasaray" klubunun qiyməti 157 milyon 350 min avrodu. "Cim-Bom" siyahıda yalnız "Bayer"lə "Olimpiakos"u qabaqlayır.
 
Real (İspaniya) – 583.500.000 avro
Barselona (İspaniya) – 582.300.000 avro
Mançester Siti (İngiltərə) – 472.750.000 avro
Çelsi (İngiltərə) – 458.750.000 avro
Bavariya (Almaniya) – 487.200.000 avro
Mançester Yunayted (İngiltərə) – 405.000.000 avro
PSJ (Fransa) – 361.250.000 avro
Arsenal (İngiltərə) – 355.500.000 avro
Borussiya (Almaniya) – 293.800.000 avro
Atletiko (İspaniya) – 255.000.000 avro
Milan (İtaliya) – 219.500.000 avro
Zenit (Rusiya) – 205.000.000 avro
Şalke (Almaniya) – 184.300.000 avro
Qalatasaray (Türkiyə) – 157.350.000 avro
Bayer (Almaniya) – 137.100.000 avro
Olimpiakos (Yunanıstan) – 72.150.000 avro
Shares: