AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov bu gün keçirilən iclasda qəbul olunan yığmamızın baş məşqçisi ilə bağlı qərarı açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Foqtsla iki illik müqavilənin imzalanmasına qərar verildi. İK-nın bütün üzvləri yekdilliklə almaniyalı mütəxəssisin qalmasına səs verdi. Sadəcə, qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, o, bundan sonra ay ərzində 2 yox, 3 həftə öncə Azərbaycanda olacaq. Üstəlik, Foqts Premyer Liqamızın oyunlarını daha çox izləyəcək".





