Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçi postunda qalmasına qərar verilib. Futbolinfo.az saytına açıqlama verən Ağasəlim Mircavadov alman mütəxəssisin yığmada qalmasına münasibət bildirib:
 
"Foqtsun qalması İcrayə Komitəsinin səlahiyyətində idisə, deməli qalacaqdı. Azərbaycanımız üçün xeyrli olsun. Məndən nə kömək lazımdısa, hazıram. Özü də qeyd edib ki, 2016-cı ildə yığma komandamızı qitə birinciliyinin final mərhələsində oynadacaq. Uğurlar arzu edirəm".
Shares: