İngiltərənin "Mançester Siti" klubu "Qalatasaray"ın qapıçısı Fernando Musleranı heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi uruqvaylı qapıçını transfer etmək istəyən “şəhərlilər” bunun üçün 20 milyon avrosundan keçməyə hazırdı.
Mançester təmsilçisi həmçinin Madrid "Real"ının qapıçısı İker Kasilyasla da yaxından maraqlanır. Yerli mətbuatın yazdığına görə, Kasilyasın transferi baş tutmayacağı təqdirdə Muslera üçün "Qalatasaray"a təklif göndəriləcək.





