Klublararası dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə "Quançjou Everqrand" və "Bavariya" komandaları üz-üzə gəlib.
 
Görüş Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Xosep Qvariolanın komandası finala yüksəlib.
 
Qarşılaşmada qolları Frank Riberi, Mario Mandzukiç və Mario Götze vurub.
 
Qeyd edək ki, digər yarımfinal oyunu "Kasablanka" və "Atletiko Mineyro" komandaları arasında oynanılacaq.
Shares: