Xəbər verdiyimiz kimi, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən sorğu nəticəsində 2013-cü ilin ən yaxşı baş məşqçisi – “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov seçilib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi mərasimdəki çıxışında bunları qeyd edib:
"Hər birinizə təşəkkür edirəm. Hər dəfə belə mükafat alanda məsuliyyətimiz artır. İşimizə daha ciddi yanaşırıq. Belə nominasiyalar bir tərəfdən işimizi çətinləşdirir, bir tərəfədən məsuliyyəti artırır. İlk dəfədi belə mükafat alıram. Bu mükafatın mənim üçün xüsusi yeri olacaq. Bir daha hamınıza təşəkkür edirəm".
"Qarabağ"ın çalışdırıcısı daha sonra komandası barədə danışıb: "Bu ilin son oyunu qalıb. Ciddi rəqiblə oynayacağıq. Komandaya yeni futbolçular gəlməlidi. Gedənlər haqqında düşünməmişik. Futbolçunu qış fasilsəində göndərmək də ağırdı. Heyətimizi gücləndirəcəyik. Daha çox futbolçuya ehtoyacımız var. "Qarabağ" təlim-məşq toplanışını Antalyada keçirəcək. Yanvarın 7-də qardaş ölkəyə gedəcəyik. Toplanış ayın 22-də başa çatacaq".





