Türkiyənin "Qaziantepspor" klubunun baş məşqçisi Sərgən Yalçın gözlənilmədən komandanının sükanı arxasından ayrılacağını bildirib. Futbolinfo.az xəbər verir ki, Türkiyə Super Liqasına uğurusuz başlayan "qırmızı qaralar"ın baş məşçi postuna keçdikdən sonra 4 oyunda eyni sayda qələbə qazanan gənc mütəxəssisin bu qərarı qardaş ölkədə əsl şok effekti yaradıb.
 
Heç kimin gözləmədiyi halda Sərgənin bu qərarı verməsinə səbəb komandada olan maddi problemlərdi. Futbolçularının 5 aydı maaş almaması Yalçını da çətin vəziyyətə salıb. O, futbolçularına dəyər verilməsini tələb edir.
 
Qeyd edək ki, "Qaziantepspor" 15 turdan sonra 20 xalla 10-cu pillədə qərarlaşıb.
Shares: