"Arsenal" qışda daha bir səs-küylü transferə imza atmaq istəyir. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Arsen Venger "Atletiko"nun (madrid) futbolçusu Dieqo Kostanı komandasında görmək arzusundadı.
 
London klubunun nümayəndələri Dieqo Kostanın oyunlarını izləmək üçün İspaniyaya gedəcəklər. Daha sonra isə onlar Madrid klubunun rəsmiləriylə görüşərək rəsmi müqavilə təklif edəcək.
 
"Arsenal"ın ispan hücumçunun təzminat qiyməti olan 38 milyon avro verməyə hazır olduğu bildirilir.
Shares: