UEFA növbəti cəza qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, "Olimpiakos" Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə öz meydanında oynadığı qarşılaşmaya azarkeşsiz çıxacaq.
Bun səbəb Yunanıstan təmsilçisinin qrup mərhələsində "Anderlext"lə matçda irqçi şüarlar səsləndirməsidi.
Bundan başqa "Olimpiakos" qitənin ali futbol qurumuna 30 min avro ödəməli olacaq.
Qeyd edək ki, "Olimpiakos" – "Mançester Yunayted" matçı fevralın 25-i baş tutacaq.





