İngiltərə millisi DÇ-2014-ə yollana bilməmək təhlükəsi ilə qarşı-qarşıyadı. Futbolinfo.az xəbər verir ki, İngiltərə Hava Yolları (BA) ölkə yığmasını gələn il dünya çempionatının keçiriləcəyi Braziliyaya aparmaqdan imtina edib.
 
Bu barədə "The Sun" məlumat yayıb. Məlumata görə, şirkət yığmanı lazımı təyyarə olmadığı üçün Braziliyaya apara bilməyəcəyini bəhanə edib. Ancaq əsl səbəb bu deyil. İddialara görə, İngiltərə Hava Yolları 10 milyon funt-sterlinq xərcə görə bu səfərdən imtina edir.
 
İngiltərə Futbol Federasiyası BA-dan istədiyi cavabı ala bilmədiyindən artıq "Emirates" şirkəti ilə danışıqlara başlayıb.
Shares: