İtaliyanın “İnter” klubu qış “transfer pəncərəsi”ndə Rusiya “Zenit”inin ulduz futbolçusu Halkı rənglərinə bağlamaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, “neradzurra” yaxın günlərdə braziliyalı hücumçu üçün Sankt-Peterburq təmsilçisi ilə rəsmi danışıqlara başlamaq istəyir.
Lakin bu transferdə “İnter”in qarşısında bir maneə dayanır. Söhbət İngiltərənin “Çelsi” klubundan gedir. Belə ki, “zadəganlar”ın da Halkı transfer etmək istəməsi “İnter”in səylərini boşa çıxara bilər.





