Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub növbəti tura 8 vəsiqə uğrunda mübarizə aparır.
İkinci oyun günündə "Tokatspor"la qarşılaşan "Kayserispor" minimal hesabla məğlub olaraq mübarizəni dayandırıb. "Qalatasaray" "Balıkəsirspor"u 4 cavabsız qolla yenərək növbəti mərhələyə adlayıb. "Bucaspor"un qonağı olan "Antalyaspor" da əlavə vaxtda vurulan qol sayəsində mərhələ keçib.
"Əskişəhərspor" – "Fəthiyəspor" matçı hesab 0:0 olarkən yarıda dayandırılıb. Daha doğrusu, qarşılaşmanın ilk yarısından sonra stadionun işıqlandırma sistemindəki problemlər səbəbindən ikinci hissə oynanılmayıb. Qarşılaşma bu gün dayandırıldığı yerdən davam etdiriləcək.
Bu mərhələnin digər oyunları bu gün keçiriləcək.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
17 dekabr
Karabükspor – Elazığspor – 1:1 (penaltilərlə 2:4)
18 dekabr
Tokatspor – Kayserispor – 1:0
Əskişəhərspor – Fəthiyəspor matçı başa çatmayıb
Qalatasaray – Balıkəsirspor – 4:0
Bucaspor – Antalyaspor – 0:1 (əlavə vaxtda)
19 dekabr
16:30. Sivasspor – Nazilli Bələdiyyəspor
19:00. Ərciyəsspor – Akhisar BS
22:00. Bursaspor – İnegölspor





