Futbol üzrə İngiltərə Liqa Kubokunda 5-ci mərhələyə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də 2 görüş baş tutub.
 
Bir oyundan ibarət bu mərhələdə "Mançester Yunayted" səfərdə "Stok Siti"yə qalib gələrək mərhələ adlayıb. "Tottenhem" isə "Vest Hem"lə üz-üzə gəlib. Qarşılaşma "Tottenhem"in məğlubiyyəti ilə başa çatıb.
 
İngiltərə Liqa Kuboku
5-ci mərhələ
17 dekabr
 
Leyçester Siti – Mançester Siti – 1:3
Sanderlend – Çelsi – 2:1 (əlavə vaxtda)
 
18 dekabr
 
Stok Siti – Mançester Yunayted – 0:2
Tottenhem – Vest Hem – 1:2
Shares: