Ötən gün İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən sorğu nəticəsində 2013-cü ilin ən yaxşı legioner futbolçusu seçilmiş "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo bununla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Qarabağ" üçün daim əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Komandaya xeyir verə bildiyim üçün şadam. Azərbaycanda ən yaxşı adına layiq görülmək məni xoşbəxt etməyə bilməz. Ən yaxşı seçilməyimdə əməyi olan bütün jurnalistlərə təşəkkür edirəm. Bundan sonra "Qarabağ" üçün daha çox şey etməyə çalışacağam".
Shares: