"Qarabağ"ın braziliyalı futbolçularının Azərbaycanı nə vaxt tərk edəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Reynaldo, Riçard Almeyda və Çumbinyo Topaz Premyer Liqasının 18-ci turunun "İnter"lə oyunundan sonra Bakını tərk edəcəklər.
Onlar dekabrın 21-də Braziliyaya yola düşəcəklər. Legioner futbolçular yanvar toplanışına qədər vətənlərində istirahət edəcəklər.





