Futbol üzrə Azərbaycan 1-ci divizionunda 15-ci turun bir oyununun keçirilmə yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Qusar şəhər stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmaması səbəbindən “Şahdağ” – MOİK oyunu Bakı şəhərində keçiriləcək. “Şahdağ” klubunun PFL-lə müraciətini və MOİK klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev aşağıdakı əmrləri imzalayıb:
 
1. Futbol üzrə Azərbaycan 1-ci divizionunun 15-ci turunun “Şahdağ” – MOİK matçı 21 dekabr 2013-cü il tarixindən 22 dekabr 2013-cü il tarixinə dəyişdirilsin və matç “Bakı”nın təlim-məşq bazasının stadionunda keçirilsin.
 
2. 15-ci turda meydan sahibi kimi MOİK klubu, 23-cü turda meydan sahibi kimi “Şahdağ” klubu qeydə alınsın.
Shares: