"Təlim məşq toplanışını Antalyada keçirəcəyik. Komanda ayın 3-də qardaş ölkəyə yola düşəcək". Bu sözləri Futbolinfo.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
 
Klub rəsmisi komandaya veriləcək istirahətin iclasdan sonra məlum olacağını bildirib: "Sabah oyundan sonra iclas olacaq. İclasdan sonra legionerlərin nə vaxt vətənlərinə gedəcəyi məlum olacaq".
 
Qeyd edək ki, “Xəzər Lənkəran” qardaş ölkədəki toplanış müddətində Antalyanın Bələk bölgəsinin tanınmış otellərindən sayılan “Ela Quality Resort”da qalacaq.
Shares: