Almaniya Bundesliqasında ilin ən yaxşı futbolçusunun adı məlum olub. Futbolinfo.az xəbər verir ki, gözlənildiyi kimi "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi 2013-cü ilin ən yaxşı oyunçusu seçilib.
 
Səsvermədə iştirak edən Almaniya əsas və ikinci liqasının 36 klubunun kapitanlarının əksəriyyəti seçimini fransız futbolçunun xeyrinə edib.
 
"Borussiya"nın (Dortmund) hücumçusu Robert Levandovski isə ikinci olub.
 
Qeyd edək ki, Riberi bir neçə gün öncə Fransada da ilin ən yaxşı futbolçusu seçilmişdi.
Shares: