UEFA cəza yağdırmaqda davam edir. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu Çempionlar Liqasında mübarizə aparan daha bir klubu cəzalandırıb.
 
“Olimpiakos”dan sonra bu dəfə Rusiyanın "Zenit" klubu ÇL-in 1/8 finalında "Borussiya" (Dortmund) ilə matçı azarkeşsiz oynamağa məhkum edilib.
 
UEFA rus azarkeşlərin  ÇL-in qrup mərhələsində "Avstriya" ilə qarşılaşmada irqçi şüarlar səsləndirdiyi üçün bu addıma atıb.
 
Bundan başqa, "Zenit" quruma 40 min avro da ödəməli olacaq.
Shares: