"Bavariya"nın futbolçusu Aryen Robben "Qızıl Top"a layiq gördüyü oyunçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, holland yarımmüdafiəçinin fikirləri xeyli təəccüblü doğurub.
 
Belə ki, o, bu ad uğrunda komanda yoldaşı Frank Riberini favorit saymır: "Əsas favoritlərin Lionel Messi və Kriştianu Ronaldo olduğu bilinir. Riberi də bu il onlara əsl rəqib oldu. Məncə, bu mükafatı Ronaldo qazanacaq. Çünki o, buna layiqdi".
Shares: