Hollandiya millisindəki baş məşqçi qalmaqalı davam etməkdədi. Bir müddətdi ki, Quus Hiddinkin bu postda Lui van Qaalı əvəzləyəcəyi deyilirdi.
Futbolinfo.az xəbər verir ki, Avropa mətbuatı indi də yeni bir iddia ilə çıxış edib. Belə ki, son iş yeri "Anji" olan Hiddink Hollandiya yığması ilə artıq razılığa gəldiyi vurğulanıb. 67 yaşlı mütəxəssis Hollandiya Futbol Federasiyasının 4 illik təklifini qəbul edib. Ən maraqlısı isə odur ki, Hiddink DÇ-2014-də artıq komandanın başında olacaq.
Qeyd edək ki, təcrübəli çalışdırıcı 1994-98-ci illərdə də yığmada baş məşqçilk edib.





