"Bizi çətin oyun gözləyir. Vəziyyətimiz yaxşı deyil, xal qazana bilmirik. Sabah 3 xal üçün meydana çıxacağıq. Heyətdə çatışmazlıqlar var. Aqil Nəbiyev və Kristian Torres zədəlidi". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib.
Yerli mütəxəssis sabahkı oyundan başqa qış təlim-məşq toplanışından da söz açıb: "Yanvar ayının 14-dən 26-na kimi Antalyada təlim-məşq toplanışında olacağıq. 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. Amma rəqiblərin kim olacağı hələ ki, məlum deyil".
Qeyd edək ki, Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək "Rəvan" – "Sumqayıt" qarşılaşması sabah saat 16:00-da "Bayıl Arena"da başlayacaq.





