İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Edin Dzeko gələn ay komandasını tərk edəcək. Futbolinfo.az xəbər verir ki, bosniyalı futbolçunun İtaliyanın "Roma" klubuna keçidi gündəmdədi.
27 yaşlı futbolçunun artıq "canavarlar”la anlaşmaq üzrə olduğu iddia edilir. Lakin təcrübəli forvardla Milan "İnter"I də yaxından maraqlanır. İstənilən halda böyük ehtimalla, Dzeko yanvardan İtaliya A seriyasında çıxış edəcək.
Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də forma geyən Dzeko keçirdiyi 83 oyunda 33 qola imza atıb.





