Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Argentina millisinin DÇ-2014-dəki şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu ölkəsinin dünya çempionu ola biləcəyini vurğulayıb:
"Bizim üçün əsas rəqiblər İtaliya, Hollandiya və Almaniyadı. Amma Braziliya yığması daha təhlükəlidi. Bununla belə, Argentina millisinin dünya çempionu olacağına inanıram. Hərçənd bu elə də asan görünmür".
Qeyd edək ki, Argentina yığması F qrupunda Bosniya və Herseqovina, İran və Nigeriya milliləri ilə mübarizə aparacaq.





