Sabah Topaz Premyer Liqasının 18-ci turunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, Lənkəran təmsilçisi Mustafa Dənizlinin başçılığı altında 3-cü Premyer Liqa oyununa çıxacaq.
 
Türkiyəli mütəxəssis saytımıza açıqlamasında oyun haqda bir cümlə danışmaqla kifayətlənib: "Biz "Sumqayıt"la oyunda növbəti 3 xalı qazanmaqdan başqa bir şeyi düşünmürük".
 
Qeyd edək ki, qarşılaşma Lənkəran şəhər stadionunda saat 15:00-da başlayacaq.
Shares: