Türkiyə kubokunun 5-ci turunda dünən keçirilən "Bucaspor" – "Antalyaspor" matçında maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri dövlət himnini səsləndirərkən formalarını çıxarıb və "Ən böyük türk Atatürk" yazısı olan köynəkləri nümayiş etdiriblər.
 
"Bucaspor"lu oyunçuların bu hərəkəti azarkeşlər tərəfindən alqışlanıb.
 
Qeyd edək ki, komanda bunun üçün Türkiyə Futbol Federasiyasından icazə almayıb.
Bundan əvvəl “Fəthiyəspor" klubunun futbolçuları da "Fənərbaxça" ilə matçda bənzər köynəklərdən geymişdi. Həmin vaxt TFF onları cəzalandırmamışdı.
Shares: