Topaz Premyer Liqasının 18-ci turunda "Bakı" ilə qarşılaşacaq "Qəbələ" bu oyuna hazırlığını davam etdirir. Son turda cəzalı duruma düşən Müşfiq Teymurovu çıxmaq şərti ilə əyalət təmsilçisinin heyətində ciddi itki yoxdu.
 
Bu barədə futbolinfo.az saytına bölgə klubunun baş məşqçisi Yuri Syomin verib: "Əlverişsiz hava şəraitinə görə məşqlərimizi süni örtüklü meydançada etmişik. Çox çətin oyun olacaq. "Bakı" hazırda yaxşı vəziyyətdədi. "Qarabağ"la oyunlarını izləmişəm. Amma şansları 50-nin 50-yə qiymətləndirirəm. Oyundan sonra futbolçularımızı istirahətə yollayırıq. Yanvar ayının 5-də isə Türkiyədə təlim-məşq toplanışımız başlayacaq. Hələ ki, kimlərlə yoldaşlıq görüşü keçirəcəyimiz bəlli deyil. O ki qaldı transferlərə, hər mövqeyə bir futbolçu almalıyıq".
Shares: