Türkiyənin "Fənərbaxça" klubunun hücumçusu Musa Souya təkliflər gəlməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, onu heyətində görmək İngiltərə klublarının sırasına "Tottenhem" də qoşulub.
London təmsilçisi Sounun transferinə 20 milyon xərcləməyə hazır olduğunu açıqlayıb. Daha öncə "Nyukasl" və "Liverpul"un 15 milyon avroluq təklifini rədd edən "Fənərbaxça"nın 20 milyona “yox” deməyəcəyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Sou yanvardan İngiltərə premyer-liqasında çıxış edəcək.
27 yaşlı futbolçu 2012-ci ildə "Lill"dən "Fənərbaxça"ya transfer olunmuşdu.





