"Atletiko Mineyro" klubunun baş məşqçisi Kuka istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bu, komandanın klublararası dünya çempionatında "Raya Kasablanka"ya məğlubiyyətdən (1:3) sonra baş verib.
Belə ki, dünya çempionatının yarımfinal matçında məğlubiyyəti həzm edə bilməyən "Atletiko Mineyro"nun rəhbərliyi baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Üçüncü yer uğrunda Çinin "Quançjou" klubu ilə keçiriləcək görüşə komandanı kimin çıxaracağı hələlik məlum deyil.





