“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo dos Santosun futbolinfo.az saytına müsahibəsi
 
– “Qarabağ” “Bakı”ya nə üçün məğlub oldu?
– Əslində biz meydana sadəcə 3 xal üçün çıxmışdıq. Amma məğlub olduq. Düşünürəm ki, komandamız heç də meydanda pis mübarizə aparmadı. “Bakı” isə əlinə düşən fürsətləri dəyərləndirib 2 qol vurdu və 3 xalı qazandı.
 
– “Bakı”nın futbolçusu Risto Ristoviç açıqlamasında deyib ki, Reynaldo “Qarabağ”ın 50 faizidi. O, meydanda olmadığı üçün biz qalib gəldik". Haqqında deyilən bu fikirlərə münasibətin necədi?
– Yox, komanda təkcə məndən asılı deyil. “Qarabağ” üçün o qədər vacib futbolçular var ki. Məsələn, “Bakı” ilə oyunda meydana çıxan heyət heç də pis təsir bağışlamadı.
 
– Liderliyi “Neftçi”yə verdiz. Geri qaytarmaq çətin olmayacaq?
– Əlbəttə, liderlik uğrunda hələlik 3 komanda mübarizə aparır. Bunlardan hər biri xal itirə bilər, digəri liderliyə yüksələ bilər. Bu, normaldı. Əsas odu ki, sona qədər birincilik üçün mübarizə aparmaq lazımdı.
 
– Heyətdəki itkilər olmasaydı, komanda qalib gələ bilərdi?
– Bunu heç kəs deyə bilməz.
 
– Premyer Liqamızda ilin ən yaxşı legioneri seçildiz. Bu barədə nə deyə bilərsiz?
– Bu mükafata layiq görüldüyüm üçün xoşbəxtəm. Hamıya təşəkkür edirəm. Sevinirəm ki, “Qarabağ” üçün nəsə edə bilmişəm. Bundan sonra da komandama daha çox kömək etməyə çalışacam.
 
– Qarşıda “İnter”lə çətin oyun var…
– “İnter”ə çempionluq mübarizəsinə qoşulmaq üçün xal lazımdı. Onlar bizimlə oyuna yalnız 3 xal üçün çıxacaqlar. Son oyunlarda “İnter”in yüksəlişdə olduğunu hamı görür. İnanıram ki, biz də “Bakı” ilə oyundan fərqli, bu matçda məğlub olmayacağıq.
 
– Sizcə, “Qarabağ”ın yeni futbolçulara ehtiyacı var? Baş məşqçi Qurban Qurbanov komandaya yeni oyunçuların lazım olduğunu açıqlayıb…
– Bu barədə nəsə deyə bilmərəm. Baş məşqçi deyibsə, deməli, ethiyac var.
 
ELSEVƏR
Shares: