Topaz Premyer Liqasının 18-ci turunda autsayder "Sumqayıt" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Futbolinfo.az saytına açıqlamasında qonaq komandanın baş məşqçisi Aqil Məmmədov oyun öncəsi fikirlərini dilə gətirib:
 
"Bizi çox çətin oyun gözləyir. Komandada cəzalı futbolçularımız var. Ruslan Qurbanov, Slavik Alxasov və Samir Abbasov cəza səbəbi ilə "Xəzər Lənkəran"a qarşı forma geyinməyəcək. Digər tərəfdən zədəli futbolçularımız da var. Buna baxmayaraq qələbə qazanmağa çalışacağıq".
Shares: