Braziliya futbolunun canlı əfsanəsi Rivaldo futboldan doymaq bilmir. Futbolinfo.az xəbər verir ki, 41 yaşlı oyunçu yeni transferə imza atıb. O, Braziliya C seriyasında mübarizə aparan “Mogi Mirim” klubu ilə 1 illik müqavilə bağlayıb.
 
Əslində, “Mogi Mirim” Rivaldo üçün yad klub deyil. O, 2008-ci ildən prezidenti olduğu San Paulo regionunu təmsil edən komandada müxtəlif vaxtlarda – 1992-94 və 2010-11-ci illərdə top qovub.
 
Qeyd edək ki, Rivaldonun sonuncu iş yeri vətənində “Sao Kaetano” olub. O, karyerası ərzində Braziliyada “Santa Kruz”, “Korentians”, “Palmeyras” və “Kruzeyro”da, Özbəkistanın “Bunedkor”unda, Avropada isə “Milan”, “Barselona”, “Deportivo”, “Olimpiakos” və AEK-də çıxış edib.
Shares: