Topaz Premyer Liqasının 18-ci turunda doğma meydanda “Sumqayıt”ı qəbul edəcək “Xəzər Lənkəran”da bir çox futbolçuların komandadan gedəcəyinə məhz bu oyundan sonra aydınlıq gələcək. Lakin futbolinfo.az xəbər verir ki, artıq oyundan öncə də bir oyunçunun klubdan gedəcəyi dəqiqləşib.
Əldə etdiyimiz məlumata görə, Duqlas Leytenin komandanı tərk edəcəyi artıq indidən məlumdu. Belə ki, braziliyalı qapıçı “Sumqayıt”la oyundan sonra komandanı tərk edəcək və bir daha geri qayıtmayacaq.
Maraq üçün bildirək ki, Leyte bir müddət öncə ölkəsinin "Quarani" klubu ilə müqavilə imzalamışdı.





