Braziliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles "Qalatasaray"ın transfer təklifi qəbul edib. Futbolinfo.az xəbər verir ki, gənc oyunçu ilə yanvarda 4 illik müqavilə imzalanacaq.
 
Müqaviləyə əsasən, Telles illik 1.5 milyon avro və hər oyuna 10 min avro qazanacaq. "Cim-Bom" bu transfer üçün Braziliya təmsilçisinə 7 milyon avro ödəyəcək.
Shares: