"Barselona”da əhvallar yüksəlməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb zədəli futbolçuların bir-bir sıraya qayıtmasıdı.
Əsas qapıçı Viktor Valdes və müdafiəçi Daniel Alveşin durumu yaxşılaşıb. Hər iki futbolçu komanda ilə birgə məşqlərə qatılıb. Alveşin La Liqanın 17-ci turunda “Xetafe” qarşısında forma geyəcəyi gözlənilir. Valdes isə təxminən iki həftədən sonra zədəsini tam sağaldıb, forma geyə biləcək.





