Topaz Premyer Liqasının 18-ci turunun AZAL – "Neftçi" oyunu gözlənildiyi kimi, gərgin məcrada keçir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci yarısının sonları daha sərt mübarizə şəraitində keçib.
Elə bunun məntiqi nəticəsi kimi öncə 80-ci dəqiqədə "Neftçi"nin müdafiəçisi Mahir Şükürov ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan cəmi 3 dəqiqə sonra isə qonaqların digər müdafiəçisi Elvin Yunuszadə rəqib futbolçu Viktor İqbekoyiyə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb.
İqbekoyi isə aldığı çox sərt zərbə nəticəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.





