Topaz Premyer Liqasının 18-ci turunun "Rəvan" – "Simurq" matçının ikinci hissəsində komandaların baş məşqçiləri arasında mübahisə yaranıb. Futbolinfo.az xəbər verir ki, epizodların birində futbolçuların mübarizə zamanı yerdə qalması "Simurq"un baş məşqçisi Georgi Çixradzeni özündən çıxardı və o, rəqib oyunçunu təhqir etdi.
 
Buna isə dərhal onun "Rəvan"dakı həmkarı Şahin Diniyev reaksiya verdi. O, "axı oyunçunu niyə söyürsən? O da qaydıb səni söysə, yaxşı olacaq" sualını verdi. Çixradze isə "Futbolçu mənim …. yeyir" cavabını verdi.
 
Çıxradze Diniyevə oyunçularının sərt oynadığını da irad tutdu. Amma əsəbləri sakitləşdikdən sonra məşqçilər bir-biri ilə görüşüb qucaqlaşdılar.
Shares: