"Barselona"nın hücumçusu Lionel Messi klubun vitse-prezidenti Xavyer Fausun onun haqdakı fikirlərinı münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Messi maaşının artırılması ilə bağlı rəhbərliklə heç bir danışıq aparmadığını deyib:
 
"Cənab Fausun futboldan anlayışı yoxdu. O, "Barselona"ya rəhbərlik etmək istəyir. Ancaq bu mümkün deyil. "Barsa" dünyanın ən yaxşı klubudu və bu komandanı yüksək səviyyəli funksionerlər idarə etməlidi. Demək istəyirəm ki, maaşımın artırılması ilə bağlı rəhbərliklə heç bir danışığım olmayıb".
 
Faus daha öncə verdiyi açıqlamasında "Barselona"nın maaşının artırılmasını tələb edən Messiyə yeni müqavilə təklif etməyəcəyini bildirmişdi.
Shares: