"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Komandamın oyunu haqqında nəsə demək çətindi. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdı. Artıq qış planımız hazırdı. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdı. Komandanın heyətində dəyişikliklər qaçılmazdı. “Simurq” hər bir cəhətdən bizdən üstün oynadı. Uduzmağı bacarmaq lazımdı. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadı. Komandam, sanki, donmuş futbolçulardan ibarətdi. Oyunumuzda nə fikir, nə də hərəkət var idi”
Shares: