İspaniya Futbol Federasiyası “Osasuna” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan Madrid “Real”ın müdafiəçisi Serxio Ramosla bağlı qərar verib. Futbolinfo.az xəbər verir ki, federasiya müdafiəçinin aldığı iki sarı vərəqnin birini ləğv edib.
Bu isə Ramosun cəzalı vəziyyətdən çıxmasına gətirib çıxarıb.
Bununla da, Ramos növbəti turda “Valensiya” ilə qarşılaşmada komandasına kömək edə biləcək.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir.






