İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin qızı Barbara Berluskoni “Milan”ın vitse – prezidenti təyin olunub. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə məlumat verib.
Dünən keçirilən klubdaxili iclasda belə bir qərar çıxarılıb.
Nəzərinizə çatdıraq ki, Silvio Berluskoni həm də “Milan” klubunun fəxri prezidentidi.





