Futbol üzrə İspaniya Kral Kubokunun 5-ci turunun təqvimi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, artıq növbəti mərhələdə hansı komandaların qarşılaşacağı da məlumdu.
Madrid "Real"ı növbəti mərhələdə "Osasuna"nı, "Atletiko" "Valensiya"nı, "Barselona" isə "Xetafe"ni sınağa çəkəcək.
5-ci turun ilk oyunları yanvarın 8-də, cavab matçları 15-də baş tutacaq.
İspaniya Kral Kuboku
1/8 final
Real – Osasuna
Barselona – Xetafe
Valensiya – Atletiko
Real Sosyedad – Vilyarreal
Rayo Valekano – Levante
Betis – Atletik
Alkorkon – Espanyol
Almeriya – Rasinq





