"Rəvan"ın müdafiəçisi Mişel Balokoq Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, 0:3 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
 
"Düşünürəm ki, "Simurq" bizdən daha yaxşı oynadı. Ona görə də qalib gəldi. Mənə verilən qırmızı vərəqəyə gəldikdə isə, bu, mənim ilk qayda pozuntum idi. Sarı vərəqə verməklə kifayətlənə bilərdi. Lakin oyunda söz sahibi hakimdi. Qırmızı vərəqə verdi və biz də bunu qəbul etdik".
Shares: