“Liverpul”la müqavilə təzələyən qolçu Luis Suaresin yeni sözləşməsinə bəzi maraqlı maddələr əlavə olunub. Futbolinfo.az xəbər verir ki, müqavilədə onun artıq yayda komandanı tərk edə biləcəyi ilə bağlı bənd yerləşdirilib.
 
Onu yalnız nəhəng komandalar ala bilər. Bu bənd İngiltərə komandalarına şamil edilmir. Mənbənin verdiyi məlumata görə futbolçunu transfer etmək istəyən klub 72-84 milyon avro pul ödəməlidi.
 
Xatırladaq ki, Suares yeni müqaviləyə əsasən həftədə 200 min funt məvacib alır. Bu rəqəm “Liverpul”un tarixində rekorddu.
Shares: